Dost saytlar
Statistika
Cəmi elanların sayı: 1238
Ay ərzində: 124
Sutka ərzində: 0
   Xəbərlər


16.12.2010 | İstifadəçilərinin rəylərin əsasında DigiBoard yekunları

Artıq 2010-cu il sona çatır. DigiBoard komandası ümüdvardır kı bu il sizin üçün uğurlu olub və üzümüzə gələn 2011-ci ilin bundan uğurlu keçməsini arzu edir. Keçən ay elan etdiyimiz sorğuda 50-dən çox istifadəçi iştirak edib. İlk öncə DigiBoard-un ünvanına söylənən xoş sözlərə görə təşəkkürümüzü bildirmək istəyirik! Aşağıda isə sorğuda verilən bəzi ümumi sualları cavablandırmaq istəyirik:

  • "Mobil nömrələr" bölməsi haqqında. Əfsuslar olsun ki, bizim elan lövhəsinin formatı tam olaraq bu cür "mallara" uyğun deyil və buna görə də həm bizim üçün, həm də istifadəçilər üçün bəzi çətinliklər yaranır.
  • Biz qəsdən istifadəçilərinin e-mail ünvanlarını saytda açıq şəkildə göstərmirik və bununla həmin ünvanları saytları avtomatik skan edən spam-botlardan qoruyuruq. Siz elanın müəllifi ilə "Elana cavab yazmaq" forması ilə əlaqə saxlaya bilərsiniz. Nəticədə sizin məktub elanda göstərilən e-mail ünvanına çatdırılacaq.
  • Biz elanları maksimal sürətlə tez moderasiyadan keçirtməyə çalışırıq. Bizə çox mövzuya uyğun olmayan, əlaqə məlumatları və ya təsviri göstərilməyən, şəkilsiz və s. elanlar daxil olur. Bu cür elanları daim ayırmaq lazım olur. Bayram və istirahət günlərində elanların yoxlama müddəti bir az uzana bilər.
  • Bir daha xatırladaq ki, DigiBoard - istifadəçi kontenti üzərində qurulan layihədir. Bütün göstərilən mallar elan lövhəsinin istifadəçiləri tərəfindən təqdim olunur. Saytın müdiriyyəti malların keyfiyyətinə və çatdırılmasına zəmanət verə bilməz və "Dubaydan sifarişləri" qəbul etmir :)
İndi isə bizim sizə ən xoş xəbərimiz. Artıq ən yaxşı elanlar pulsuz olaraq "Qaynar təkliflər" bölməsində 15 günlük yerləşdiriləcək! "Yaxşı elanlar" onlar sayılır ki, əlavə olunan şəkillər özünə məxsusdur (internetdən yüklənməyib) və yüksək keyfiyyətdədir, savadlı və ətraflı təsvirə malikdir. Bununla siz tək "Qaynar təkliflər" arasında yeri qazanmaq yox, həmçinin satdığınız malı daha da yüksəldə bilərsiniz.

Ümidavarıq ki, siz bu yeniliyimizi bəyənəcəksiniz!

Qarşıdan gələn yeni iliniz mübarək!
01.11.2010 | DigiBoard.az birinci yubileyini qeyd edir

Hörmətli istifadəçilər, qonaqlar və bütün DigiBoard.az saytının ziyarətçiləri! Biz bu gün böyük sevinclə bildiririk ki, bizim layihənin artıq bir ili tamam oldu. Bu il göstərdi ki, bu cür resurs – hər növ texnika üzrə ixtisaslaşdırılmış elan lövhəsi – öz auditoriyasını tapdı. Və istifadəçilərimizin sayı da gündən günə artmağa davam edir. Belə şəraitdə əsas faktorlardan biri resursun keyfiyyəti və ziyarətçilər üçün rahat olmasıdır, və bunun üçün müntəzəm olaraq işlər aparılır. Həmçinin, biz hesab edirik ki, zəhmətimizi ən yaxşı qiymətləndirən yalnız siz ola bilərsiniz, hörmətli istifadəçilərimiz! Birinci yubileyla əlaqədar, sizdən xahiş edərdik, bir neçə dəqiqə ayırıb keçirilən sorğu çərçivəsində suallarımıza cavab verəsiniz. İnandırırık ki, sizin cavablarınız gələcəkdə saytın funksionallığını genişləndirmək üçün böyük kömək göstərə bilər. İmkanınız varsa, bu link ilə keçib formada qeyd olunan suallara cavab verin.

>> DigiBoard.az - Sorğu <<


Əvvəlcədən təşəkkürümüzü bildirik!
18.08.2010 | «Mobil nömrələr» bölməsi bağlanır

Çoxsaylı şikayətlər və istifadəçilər tərəfindən qaydaların pozulması ilə əlaqədar, saytın müdiriyyəti «Mobil nömrələr» bölməsinin bağlanmasına qərar verib. Başqa bölmələrin işlənməsində heç bir dəyişiklik yoxdur. Xidmətlərimizdən istifadə etdiyinizə görə bir daha təşəkkürümüzü bildirik.
15.07.2010 | 16-18 iyul tarixlərində texniki işlər

Hörmətli istifadəçilər və ziyarətçilər! Yeni hostinqa transferi ilə əlaqədar, 16-18 iyul tarixlərində DigiBoard.az saytı mövcud olmıya bilər. Kompensasiya kimi, "Xüsusi təkliflər" bölməsində bütün ödənişli elanların göstərilmə müddəti bir həftə artırılacaq. Əvvəlcədən narahatçılığa görə üzr istəyirik.
13.05.2010 | Şərhlərinizlə elanların səhifələrində bölüşün

Artıq elana baxış səhifəsində istifadəçilərin şərhlər və rəylərini bildirmək üçün imkan yaradıldı. Şərh yazmaq üçün ad və e-poçt qeyd etmək və yaxud Facebook profilə daxil olmaq lazımdır (bu halda rəyinizi bildirib "Göndər" düyməsinə basmaq kifayətdir). Xatırladaq ki, Facebook sosial şəbəkəsinin üzvləri hemçinin xəbərlərimizi və yeniliklərimizi bizim səhifədə izləyə bilərlər.
03.05.2010 | DigiBoard Azərbaycan dilində danışdı!

Hörmətli DigiBoard istifadəçiləri və ziyarətçiləri! Sizə böyük sevinclə bildirmək istəyirik ki, bizim veb-sayt, nəhayət ki, Azərbaycan dilində fəaliyyət göstərməyə başladı. Saytımızda Azərbaycan dilinin dəstəyi açılış günündən yaranmışdı və artıq bu gün biz bu arzuya nail ola bildik. Azərbaycan dilini yuxarıdaki bayraq naviqasiyadan və yaxud birbaşa www.digiboard.az/az keçidi ilə seçmək olar. Qeyd etmək istəyirik ki, hər iki dil üçün yeganə baza istifadə edildiyinə görə hər bir elan hər iki dil versiyasında fəaliyyət göstərir. Çox güman ki, bu yenilik bizi sizə daha da yaxın edəcək və AzNet-də bir addım irəli atacaqdır.
Fürsətdən istifadə edərək, biz QPL yaradıcı komandası və EN2AZ.NET layihə yaradıcılarını bu yenilikdə kömək etdiklərinə görə təşəkkürümüzü bildiririk.


Əməliyyat gedir. Xahiş edirik, gözləyin.
Siz elanı əsas səhifədə Qaynar təkliflər bölməsində yerləşdirməklə onun effektivliyini qaldıra bilərsiz.
Bunun üçün mobil telefonuzdan:
866900 [elanın nömrəsi] kodunu SMS ilə 9013 qısa nömrəsinə göndərin
Xidmətin təklifi - 2.50 AZN. Əsas səhifədə yerləşdirmə müddəti - 30 gün.
Qeydlər:
Bağla